Avropa İttifaqı 2024-cü ilin əvvəlində Ukrayna ilə bağlı yeni sammit keçirəcək.
"Unikal"
xəbər verir ki, Kiyevə 2027-ci ilə qədər maliyyə yardımı proqramının razılaşdırılması planlaşdırılır.

Söhbət 50 milyard avronun ayrılmasından gedir, - Aİ-nin Brüsseldə keçirilən iki günlük sammitinin yekunlarına dair mətbuat konfransında Avropa Şurasının rəhbəri Şarl Mişel qeyd edib.

“26 ölkə Ukraynaya yardım proqramını dəstəklədi. Ancaq qərar qəbul etmək üçün 26 sayı kifayət deyil, ona görə də bu təklifi razılaşdırmaq üçün 27 ölkənin xüsusi sammiti olacaq”, - Mişel izah edib.

Bundan əvvəl Belçikanın baş naziri Avropa İttifaqından Ukraynaya uzunmüddətli maliyyə yardımının razılaşdırılmasının vaxtını açıqlamışdı. Təsdiq üçün həftələr lazım olacaq, Alexander De Croo demişdi.