Goranboyda 72 yaşlı  piyadanı maşın vurub.

"Unikal" xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun  Dəlməmmədli şəhərindən ərazisində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1951-ci il təvəllüdlü Adil Ələkbərovu vurub.

Yaşlı kişi sürücü tərəfindən xəstəxanaya yerləşdirilib, vəziyyətini kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov