Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin hakimi xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunur.

"Unikal" xəbər verir ki, rüşvət almaqda şübhəli bilinən hakim Tiqran Poladyan barəsində cinayət işi başlanıb və o saxlanılıb.

Bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin hakimi Poladyan xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunur.

Baş prokuror dekabrın 14-də işin başlanması üçün Ali Məhkəməyə vəsatəti təmin edib. Bundan sonra cinayət işi açılıb.