Abşeron rayonunun Masazır qəsəbəsi, Duz gölü yaxınlığında iki avtomobil toqquşub, xəsarət alanlar var.

"Unikal" xəbər verir ki,  hadisə "KİA Cerato" və "VAZ-21099" minik avtomobillərinin toqquşması nəticəsində qeydə alınıb.

Hadisə nəticəsində 3 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır.