İsrail ordusu Qəzza zolağında "təsadüfən" 3 israilli əsiri öldürdüyünü açıqlayıb.
"Unikal" xəbər verir ki, İsrail ordusu Qəzza zolağında baş verən qarşıdurmalar zamanı "təsadüfən" 3 israilli əsiri əsir götürüb.
İsrail ordusundan verilən açıqlamada, “İsrail ordusu qüvvələri Şucaiyedəki qarşıdurmalar zamanı səhvən 3 İsrailli girovu təhlükə olaraq təyin edib. Nəticədə əsgərlər onlara atəş açıb və onlar həlak olublar.
Cəsədlərin daha sonra ekspertiza üçün İsrailə təhvil verildiyi və cəsədlərin 3 əsirə aid olduğu təsdiqləndiyi qeyd edilib.