Moskva ilə İrəvan arasında müttəfiqlik əlaqələri bu gün sınaqdan keçirilir, Qərb qardaş xalqlar arasında münasibətləri sındırmağa çalışır.

"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Lavrovun sözlərinə görə, Moskvada keçirilən “Rusiya-Ermənistan” birinci ictimai forumu birləşdirici gündəliyin axtarışına şərait yaratmaq, həmçinin Ermənistan və Rusiyada ictimai rəyi formalaşdıran yeni simaların meydana çıxmasına töhfə vermək məqsədi daşıyır.

Nazir müzakirələr nəticəsində praktiki tövsiyələrin hazırlanacağına və faydalı əlaqələr yaradılacağına əmin olduğunu bildirib.

Ağarza Elçinoğlu