Yak-40 təyyarəsi Rusiyanın Kamçatka vilayətinin Ossora hava limanında uçuş-enmə zolağından çıxıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Tibbi təyyarə eniş zamanı sürüşərək uçuş-enmə zolağından çıxıb. Ehtimal olunur ki, hadisəyə səbəb aerodroma yağan qar olub.
Qəza zamanı təyyarədə altı nəfər olub: dörd ekipaj üzvü və iki həkim. Ölənlər barədə məlumat verilmir.
Ağarza Elçinoğlu