İranda İsrailin "Mossad" kəşfiyyat orqanına casusluq etməkdə ittiham olunan şəxs barəsində çıxarılan ölüm hökmü icra olunub.

"Unikal" xəbər verir ki, edam hökmü dekabrın 16-da səhər saatlarında icra olunub.

İran KİV İranın Sistan-Bəlucistan əyalətinin məhkəməsinin onu xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığa görə edama məhkum etdiyini bildirir.

Məlumata görə, İsrailin "casusu" adlandırılaraq edam edilən şəxs bəluc etnik qrupunun nümayəndəsidir.