İsrail təhlükəsizlik qüvvələri Şərqi Qüdsdə Türkiyənin fotomüxbiri Mustafa Harufa hücum edib. 

"Unikal" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. 

Müxbir peşə borcunu yerinə yetirərkən döyülüb. Jurnalist xəstəxanaya aparılıb.

Hadisə onun Əl-Əqsa məscidinin yaxınlığındakı Vəd əl-Cəuz bölgəsində namaz qılmaq üçün toplaşan bir qrup fələstinlini lentə alarkən baş verib. Polis əvvəlcə Harufa doğru silah tuşlayıb, sonra onu yerə yıxaraq təpikləyib. O, üzündə ciddi xəsarətlər alıb.

Polis Harufun yanında olan operator Faiz Əbu Rumailəyə də hücum edib.

Ağarza Elçinoğlu