Rusiya prezidenti Vladimir Putinin Severodvinskdə soyuqda papaqsız danışmasına icazə verənləri qamçılamaq lazımdır.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyası Kommunist Partiyasının lideri Gennadi Züqanov deyib. 

Dövlət Dumasında fraksiya liderlərinin görüşü zamanı Putin Severodvinska səfərindən bəhs edib. Öz növbəsində Züqanov Rusiya liderinin səhhətindən narahat olduğunu bildirib. 

O, Putinə deyib: "Bağışlayın, mənfi 15 dərəcədə sizi papaqsız qoyanları şallaqlayardım. Müharibə şəraitində sağlam baş komandan millətin sağlamlığıdır". 

Ağarza Elçinoğlu