"Real Madrid" rəhbərliyi 38 yaşlı xorvatiyalı yarımmüdafiəçi Luka Modriçə yeni müqavilə təklif etməmək qərarına gəlib.
"Unikal" xəbər verir ki, onun hazırkı müqaviləsi bu mövsümün sonuna kimi nəzərdə tutulub.
Modriç gələn yaydan azad olacaq. Səudiyyə və Amerika klubları onunla maraqlanır.
Modriç 2012-ci ildən "Real"da çıxış edir. Cari İspaniya çempionatında o, 13 matçda iştirak edib, 2 qol ötürməsi edib. Modriçin transfer qiyməti 5-10 milyon avrodur.
Ağarza Elçinoğlu