Yəhüdi lobbisindən dəstək
20:27 23-04-2013
İQTİSADİYYAT
Yəhüdi lobbisindən dəstək
ABŞ və Avropada Azərbaycana dayaq olacaqlar
Prezident seçkləri yaxınlaşdıqca maraqlı və kifayət qədər mürəkkəb bir proses ortaya çıxır. Tək bunu demək kifayətdir ki, bu gün Rusiyanın, qərbin və ABŞ-in timsalında üç fərqli yanaşmanın şahidi oluruq. Və təssüfləndirici haldır ki, hər üç xətdə kifayət qədər sərt cizgilərdə var. Məsələn, Rusiya Azərbaycanla demək olar ki, gərgin bir siyasət yürüdür və bu gərginlik daha da artacaq.
Bu gün Rusiya Azərbaycanın Avrasiya ittifaqına qoşulmasını tələb edirsə Azərbaycan bunun tam tərsini düşündüyünü sərgiləyir və nəticədə iki ölkə münasibətləri gərginləşir. Digər tərəfdən bu gün ABŞ- Azərbaycan münasibətləri də kifayət qədər gərginləşib və seçkilər yaxınlaşdıqca gərginlik daha da artacaq. Maraqlıdır, bəs belə olan halda Azərbaycan xarici siyasətində hansı addımlara üstünlük verməlidir? Ekspertlər hesab edir ki, bu gün Azərbaycan əsas dəstəyi məhz yəhüdi lobbisindən alır və buna görə də hazırda belə riskli siyasət yürüdür. Gəlin detallara baxmamışdan öncə Azərbaycanın xarici işlər nazirinin İsrail səfərinə diqqət ayıraq. Elmar Məmmədyarov İsrailə səfəri çərçivəsində İsrail Knessetinin Xarici Əlaqələr Komitəsinin sədri Aviqdor Liberman ilə görüşüb.XİN mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı iki ölkə arasındakı münasibətlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.
Tərəflər regionda gedən proseslər, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsi barədə müzakirələr aparılıb. Nazir Elmar Məmmədyarov münaqişənin ədalətli həllinə nail olunacağına əminliyini vurğulayıb və beynəlxalq ictimaiyyətin status kvonun dəyişdirilməsi zəruriliyini, həmçinin, status kvonun dəyişməz qalmasının regionun inkişafına əngəl törətdiyini dərk etdiyini bildirib. Eyni zamanda Yaxın Şərqdə gedən proseslər diqqət mərkəzində olub. Nazir Elmar Məmmədyarov Azərbaycanın BMT TŞ-nın qeyri-daimi üzvü kimi Yaxın Şərqdə gedən prosesləri yaxından izlədiyini qeyd edib.
Aviqdor Liberman Azərbaycanın stabil və sürətlə inkişaf edən ölkə olduğunu qeyd edərək, bunun nəticəsində ölkəmizin beynəlxalq birliyin etibarlı tərəfdaşına çevrildiyini bildirib. İsrail rəsmisi bir çox sahələrdə ölkəmizlə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib. Turizm və parlamentlərarası münasibətlərin perspektivləri müzakirə edilib. Aviqdor Liberman Azərbaycanın regionun inkişafında rolunu xüsusi vurğulayıb.Ekspertlər hesab edir ki, yenə də yəhüdi lobbisi hakimiyyətlə əməkdaşlığını davam etdirəcək və hesab etmək olar ki, bu səfərdə də əsas məqsəd əməkdaşlığın dərinləşdirilməsidir. Bu gün İsraillə Azərbaycan arasında bir hərbi əməkdaşlıqda var və güman edilir ki, Rusiyanın Azərbaycanda əldə etdiyi bazarı indi İsrail ələ keçirtmək üzrədir. Amma bir müddət öncə Azərbaycan çıxılmaz bir problemlə rastlaşmışdı. Belə ki, İsraillə Türkiyə münasibətləri kifayət qədər gərginləşmişdi və nəticədə yəhüdi lobbisi erməni lobbisi ilə əlaqələr qurmağa çalışırdı. Amma bu günlərdə ABŞ-in da dəstəyi ilə məsələ həllini tapdı və yəhüdi lobbisi Türkiyə ilə münasibətləri bərpa etdi. Bu isə artıq yeni mərhələnin başlanığıcı olacaq. Bunu da qeyd edək ki, yəhüdi lobbisinin istər Avropada, istərsə də ABŞ-da kifayət qədər gücü var və bu güclə Azərbaycana dəstək ola bilərlər.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55