“Sevilya”nın baş məşqçisi Dieqo Alonso istefaya göndərilib.
"Unikal" xəbər verir ki, klub uruqvaylı mütəxəssisə göstərdiyi xidmətlərə görə təşəkkür edib və ona gələcək işlərində uğurlar arzulayıb.
48 yaşlı Alonso oktyabr ayından “Sevilya”nı çalışdırıb. Onun rəhbərliyi altında İspaniya klubu 14 oyun keçirib, 2 dəfə qalib gəlib, 5 dəfə heç-heçə edib, 7 görüşdə isə uduzub.