Ermənistanın Tavuş vilayətində yol qəzası baş verib.
"Unikal" erməni mediasına istinadən xəbər verir ki, İcevan-Dilican marşrutu ilə hərəkət edən “QAZel” markalı mikroavtobus və “VAZ-2106” toqquşub.
Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 15 nəfər İcevan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb, hüquq-mühafizə orqanlarının əməkdaşları zərərçəkənlərin şəxsiyyətini müəyyənləşdirir.