İsrail Hava Qüvvələri Dəməşqin ətrafına hücum edir.

"Unikal" xəbər verir ki, bu barədə Ərəb Respublikası Silahlı Qüvvələrinin komandanlığının nümayəndəsi məlumat yayıb. 

Onun sözlərinə görə, Suriya hava hücumundan müdafiə sistemləri ölkə paytaxtının səmasında İsrailin raket hücumunu dəf edir.

Daha əvvəl bildirilmişdi ki, İsrail Suriyanın Dəməşq və Hələb hava limanlarına zərbələr endirib. Atışma səbəbindən hər iki hava limanı təyyarələrin gəlişini və gedişini dayandırıb. Uçuş zolaqları atəşə tutulub və hücum hava limanının fəaliyyətini iflic edib. Daha sonra məlum olub ki, hücum nəticəsində hava limanları istismardan çıxarılıb.

Suriya Xarici İşlər Nazirliyi İsraili silahlı qüvvələrinin Dəməşqə hücumundan sonra Yaxın Şərqdə vəziyyəti gərginləşdirməyə çalışmaqda ittiham edib.