Ermənilərin yeni tələsi
20:28 23-04-2013
İQTİSADİYYAT
Ermənilərin yeni tələsi
Qərbdə Azərbaycana yanaşma daha da sərtləşəcək
Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasının ilk günündə qurumun sədri Jan-Klod Minyon bildirib ki,Avropa Şurasında hər iki ölkə üçün böyük bir fürsət yarandığını, eyni zamanda hər iki ölkənin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib.
O, bunu hər iki ölkənin Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edəcəkləri ilə izah edib: “Bildiyiniz kimi, bu ilin may ayında Ermənistan Avropa Şurası Nazirlər Komitəsinə 6 ay ərzində sədrlik edəcək, daha sonra – Avstriyanın ardınca bu vəzifəni Azərbaycan 6 ay müddətinə öz üzərinə götürəcək. Buna görə də hər iki ölkənin üzərinə böyük məsuliyyət düşür. Bu məsuliyyətli iş ilk olaraq Ermənistanın boynundadır. 1949-cu ildə yaradılmış bizim təşkilatın əsas məqsədi ondan ibarət olub ki, Avropada artıq heç bir müharibə və münaqişə olmasın. Amma bu gün Avropa Şurasına üzv olan iki ölkə arasında açıq münaqişənin, müharibənin baş verməsi paradoksal bir haldır”.
AŞPA rəhbərinin sözlərinə görə, ortaya belə bir sual çıxır ki, hər iki ölkənin Nazirlər Komitəsinə sədrlik etməsi Avropa Şurası və bu ölkələr üçün ələ düşmüş fürsət, yoxsa vəziyyəti daha da dalana salacaq bir hal kimi dəyərləndiriləcək? “Hesab edirəm ki, biz bu sədrlikləri daha uyğun məcraya yönəldə bilsək, bu, əlbəttə ki, həm bizim təşkilatımız, həm də hər iki ölkə üçün bir fürsət olacaq. Burada da ən əsas şərt ondan ibarətdir ki, Azərbaycan və Ermənistan bu fürsəti əldən verməsinlər və maksimum şəkildə adekvat bir şəkildə fəaliyyət aparsınlar, öz aralarında dialoq qura bilsinlər. Mən öz növbəmdə hər iki ölkənin AŞPA-dakı nümayəndələri ilə görüşlərimi, onlar arasındakı danışıqlar prosesini davam etdirəcəyəm. Hazırda bu görüş yalnız hər iki ölkənin nümayəndə heyətləri arasında baş verir. Mənim istəyim isə odur ki, növbəti görüşlərdə nümayəndə heyəti üzvlərinin hamısı iştirak etsinlər. Bu danışıqlara qurumdakı bir çox həmkarlarımız da öz köməkliklərini göstərirlər və bu da məni çox sevindirir və ümid yaradır”. Maraqlıdır, bəs Ermənistan Avropa Şurasının Nazirlər Komitəsinin sədri olarsa bu Azərbycan üçün problemlər yaratmazki? Ekspertlər hesab edir ki, istənilən halda Ermənistan əngəllər yaratmağa çalışacaq və bunun üçün əllərinə imkanda düşüb. Belə ki, ermənilər komitəyə sədrlik etdikləri zamanda Azərbaycanda prezident seçkiləri olacaq. Bundan istifadə edərək Azərbaycanın imicinə zərbə vurulacaq. İndinin özündə artıq Azərbaycanda seçkilərin demokratik olmayacağı ilə bağlı rəy yaradılmağa başlanıb. Bunu da qeyd edək ki, Ermənistan qərbdə gördüyü işlərə uyğun olaraq onlarda keçirilən seçkilər beynəlxalq təşkilatlar tərəfindən demokratik seçki hesab edildi. Bunun ardınca Azərbaycanda keçirilən seçkilər demokratik hesab edilməsə bu Dağlıq Qarabağ probleminin də həllinə mənfi təsir edəcək. Hazırda Ermənistan qərbdə belə bir fikir formalaşdırmağa çalışır ki, güya Azərbaycan avtoritar bir ölkədir və bu səbəbdən Dağlıq Qarabağ müstəqil ölkə olmağa çalışır. Ekspertlər hesab edir ki, Azərbaycanda seçkilərin keçirilməsindən sonra bu siyasət daha da gücləndiriləcək. Buna görə də hesab edilir ki, Azərbaycan qərb siyasətinə yenidən baxmalı və erməni lobbisinin mümkün hucumlarını indidən dəf etməlidir. Bunu da qeyd edək ki, hazırda Azərbaycanın ATƏT-lə də münasibətləri gərgindir və bu gərginlik daha da artacaq. Belə ki, Azərbaycan ATƏT-in Bakı ofisinin səlahiyyətlərini azaltmağa çalışır. Təşkilat isə bununla razılaşmaq niyyətində deyil və bunu bəyan da ediblər.
Fuad Əliyev
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00