Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 120 m² olan birmərtəbəli 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 35 m² sahədə yanıb.
"Unikal" xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.