Bakıda taksi səfərlərinin sayı təqribən 14% azalıb.
"Unikal" xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Azərbaycanda mobilliyin transformasiyası proqramı"nın təqdimatında deyib.
"Taksi sahəsində aparılan islahatlar nəticəsində Bakıda taksi səfərlərinin sayı təqribən 14% azalıb. Qısa məsafədə səfərlərin azalması nəticəsində bu gün gedişlərin orta məsafəsi 8,5 km-dən 10 km-dək artıb. Avtobuslarla gündəlik daşınmaların sayı 100 min gediş artaraq 1,6 milyona çatıb", - deyə o qeyd edib.
R.Hümmətovun sözlərinə görə, vətəndaşlara göstərilən xidmət səviiyyəsinin yüksəldilməsi üçün taksi sürücüləri təlimə cəlb olunub.
"Bugünədək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən keçirilən təlim üçün 14 mindən çox sürücü müraciət edib. Bunlrın 11 mindən çoxu təlimdə iştirak edib. Lakin bu, problemin tam həlli deyil. Gələn ilin əvvəlində taksi avtomobillərinə yeni texniki tələblər şamil olunacaq. Hazırda tələblərin təsdiqlənməsi yekun mərhələdədir", - deyə o əlavə edib.