ABŞ Polşanı Avropa Birliyinin gələcək lideri kimi görür, çünki Varşava müdafiəyə digərlərindən daha çox pul xərcləyir.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa məsələləri üzrə müavini Ceyms O'Brayen deyib. 

O'Brayenin sözlərinə görə, ABŞ və Polşa təhlükəsizlik sahəsində həmişə çox sıx əməkdaşlıq ediblər. O, NATO-nun şərq cinahını gücləndirmək qərarına gəldiyini də xatırladıb.

Bundan əvvəl Polşanın xarici işlər naziri Szymon Szynkowski vel Senk bəyan etmişdi ki, Varşava NATO öhdəliklərini nümunəvi şəkildə yerinə yetirir və ÜDM-in təxminən 4%-ni müdafiəyə xərcləyir.

Gülayə Mecid