Dekabrın 21-də saat 17 radələrində Lənkəran rayon sakini, 1974-cü il təvəllüdlü Zülfüqar Cəfərovun kəsilmiş-deşilmiş xəsarətdən ölməsi barədə Lənkran rayon prokurorluğuna məlumat daxil olub.
"Unikal" xəbər verir ki, araşdırmalarla 1983-cü il təvəllüdlü Bəhruz Məmmədovun Lənkəran rayonunun Separadi kəndi ərazisində aralarında yaranmış mühasizə zamanı kəsici-deşici alətlə Zülfüqar Cəfərova xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Bəhruz Məmmədov iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
*** 18:06
Dekabrın 21-də saat 17 radələrində Lənkəran rayon sakini, 1974-cü il təvəllüdlü Zülfüqar Əziz oğlu Cəfərovun kəsilmiş-deşilmiş xəsarətdən ölməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Unikal"a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini, 1983-cü il təvəllüdlü Bəhruz Ağababa oğlu Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.