Moskva ilə İrəvan arasında hərbi-texniki əməkdaşlıq çərçivəsində imzalanmış bütün müqavilələr ya vaxtında və yüksək keyfiyyətlə icra olunub, ya da icrasının son mərhələsindədir.

"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin TASS-a müsahibəsində bildirib.

Ölkələrimiz arasında hərbi-texniki əməkdaşlıq sahəsində yeni sazişlər də müzakirə olunur", - deyə səfir açıqlayıb.

Xatırladaq ki, bundan öncə Ermənistan hakimiyyəti ödənilən məbləğin müqabilində Rusiya Federasiyasının İrəvana lazımi silah-sursat vermədiyini dəfələrlə bəyan edib.

Ağarza Elçinoğlu