Moskva Ermənistanın KTMT-dən çıxma ehtimalını qiymətləndirərkən Ermənistan rəhbərliyinin rəsmi bəyanatlarını rəhbər tutur.
"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin TASS-a müsahibəsində bildirib.
"Bu məsələdə biz ilk növbədə Ermənistan rəhbərliyinin rəsmi bəyanatlarını rəhbər tuturuq, ona əsasən Ermənistan Respublikasının KTMT-dən çıxması məsələsi hazırda gündəmdə deyil. Ermənistan Respublikası gələn il Avrasiya İqtisadi İttifaqına sədrlik edəcək", - Kopirkin deyib.
Ağarza Elçinoğlu