22 dekabr 2023-cü il tarixdə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Lənkəran şəhəri Heydər Əliyev Parkında ağacəkmə aksiyası keçirilib.

"Unikal" xəbər verir ki, “Heydər Əliyev İli” çərçivəsində Tədbirlər Planına uyğun olaraq keçirilən ağacəkmə kampaniyasında 100 ədəd meyvə ağacı əkilib. Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev, YAP fəalları, rayonun xidmət idarələrinin əməkdaşları iştirak ediblər.