Dekabrın 21-də Cammu və Kəşmirin Şimali Federal Ərazisində ordu patruluna qarşı terror aktı həyata keçirilib. 

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Hücum nəticəsində azı 5 Hindistan əsgəri həlak olub, ikisi isə ağır yaralanıb. 

Hindistan Müdafiə Nazirliyinin məlumatına görə, təhlükəsizlik qüvvələri cavab atəşi açsa da, terrorçular qaça biliblər.

Hücuma görə məsuliyyəti Pakistanın “Ləşkər-e-Taibə” terror qruplaşması ilə əlaqəsi olan “Xalq Antifaşist Cəbhəsi” ekstremist təşkilatı öz üzərinə götürüb.

Hindistan sərhəd təhlükəsizlik qüvvələri terrorçuların ölkəyə daxil olmaq cəhdlərinin qarşısını almaq üçün əsgərlərin hazır vəziyyətə gətirildiyini bildirib.

Ağarza Elçinoğlu