İqtisad elmləri doktoru, professor Fikrət Yusifov prezidentliyə namizədliyini irəli sürüb.

"Unikal" xəbər verir ki, bu barədə o, özü məlumat yayıb.

Qeyd edək ki, fevralın 7-də (2024-cü il) keçiriləcək növbədənkənar prezident seçkisinə namizədlərin sayı 8 nəfərə çatıb.

Xatırladaq ki, F.Yusifov 1994-cü ildən 1999-cu ilin iyul ayına kimi Azərbaycan Respublikası maliyyə naziri olub.