Çinin xarici işlər naziri Vanq Yi Filippini hədələyərək Pekinin güc tətbiq edə biləcəyinə eyham vurub. Səbəb Cənubi Çin dənizində ərazi mübahisəsi olub.

"Unikal" xəbər verir ki, bu barədə AP məlumat yayıb.

"Çinin xarici işlər naziri Vanq Yi Cənubi Çin dənizindəki suverenliklə bağlı mübahisə fonunda ölkənin Filippinə hərbi təzyiqlərini davam etdirəcəyini bildirib".

Xüsusilə sərt şərhlərdə Vanq Yi Filippini "vədlərindən dönməkdə, dənizdə problem yaratmaqda və Çinin qanuni hüquqlarını pozmaqda" günahlandırıb.