Misir Mərdanovun "vurulmasında" Abutalıbov izi
20:34 24-04-2013
İQTİSADİYYAT
Misir Mərdanovun "vurulmasında" Abutalıbov izi
Vəzifədən azad edilməmişdən az əvvəl nazirlə merin arası dəyibmiş
Misir Mərdanovun təhsil naziri postundan uzaqlaşdırılması hələ də müzakirə mövzusudur. Əslində Mərdanovun postunu itirməsi çoxları üçün gözlənilməz olmadı. Sabiq nazir uzun müddət idi ki, həm hakimiyyət içində, həm də media və ictimai rəydə ciddi təzyiq hədəfinə çevrilmişdi.
Buna görə də onun postundan kənarlaşdırılmasını əksəriyyət təbii qəbul etdi, bəzilərində təəccüb yaradan isə Misir müəllimin payızda keçiriləcək prezident seçkisindən sonra vəzifəsini itirəcəyi gözlənilsə də, onun indidən nazir kürsüsündən uzaqlaşdırılması oldu.
Dünənsə məlumatlı mənbədən redaksiyamıza daxil olan xəbərdə Misir Mərdanovun "vurulması"nın sürətlənməsində Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun da mühüm rol oynadığı iddia edilib. İddiaya görə, Bakıdakı uşaq bağçalarınıvn Təhsil Nazirliyindən alınaraq meriyanın balansına keçirilməsi Abutalıbovla Mərdanovun münasibətlərində soyuqluq yaranmasının əsasını qoyub.
Sabiq nazirlə merin arasında körpünün tamamilə yanması isə Bakıdakı uşaq bağçalarının birində baş vermiş kütləvi zəhərlənmədən sonraya təsadüf edib. Belə ki, o vaxt həmin zəhərlənmə hadisəsi ilə bağlı jurnalistlərə açıqlama verən sabiq nazir bu faktdan təəssüfləndiyini bildirməklə yanaşı, əlavə edib ki, uşaq bağçaları vaxtilə Təhsil Nazirliyinin tabeliyində olanda belə hallar olmayıb və o özü nazir kimi belə bir şeyi xatırlamır.
Sabiq nazirin bu açıqlaması paytaxt merini qəzəbləndirib. Başadüşüləndir: axı Mərdanov açıq-aşkar demək istəyib, uşaq bağçaları Təhsil Nazirliyindən alınıb Bakı şəhər İcra Hakimiyyətinə verildiyi üçün uşaqlar bağçada zəhərlənib. Misir müəllim açıq şəkildə həmin addımın səhv olduğunu və meriyanın uşaq bağçalarının idarəçiliyinin öhdəsindən gələ bilmədiyinə işarə edib.
Abutalıbov Mərdanovun sözlərindən əsəbləşsə də, bunu biruzə verməməyə çalışıb. Daha doğrusu, Mərdanovla açıq polemikaya, bir az da dəqiqləşdirsək, media və ictimaiyyətin gözü önündə ixtilafa girmək istəməyib; onunla haqq-hesabı gizli şəkildə çürütməyə qərar verib.
Mənbəmizin iddiasına görə, onsuz da iqtidar içində yetərincə rəqibləri olan Misir Mərdanov Hacıbala Abutalıbovun timsalında yeni, eyni zamanda kifayət qədər təsir imkanları olan daha bir düşmən qazanıb. Hesab etmək olar ki, onsuz da prezident seçkilərindən sonra görəvindən alınması qaçılmaz olan sabiq təhsil nazirinin "vurulması"nın tezləşməsində məhz həmin bu "yeni və təhlükəli anti-Mərdanovçu" - Hacıbala müəllim əsas rol oynayıb.
Bu arada redaksiyamıza maraqlı başqa bir bilgi də daxil olub. Həmin bilgiyə görə, Mərdanov görəvdən alınmamışdan qısa müddət əvvəldən etibarən bir çox rayonlarda ona yaxınlığı ilə seçilən təhsil şöbələrinin müdirləri sıxışdırılmağa başlanılıbmış. Hətta Sumqayıtda, Qobustanda sabiq nazirin səylərinə baxmayaraq, onun yerli təhsil şöbəsi müdirləri həmin şəhər və rayonların icra başçılarının qəzəbinə gələrək onların təkidləri ilə işdən azad edilib.
Bu da Mərdanovun "vurulması"nda iqtidar içi rəqiblərinin önəmli rol oynadığı, prosesin sürətlənməsinin isə sabiq nazirin Bakı şəhər İcra Hakimiyyəti başçısı Hacıbala Abutalıbovla savaşa girməsi ilə birbaşa əlaqəli olduğu barədə iddialardakı həqiqət payının yetərincə böyük olduğunu söyləməyə ciddi əsaslar verir.
Azər Aslan
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00