Dekabrın 22-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahyan arasında telefon danışığı olub.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Telefon danışığı zamanı dekabrın 7-də Moskvada keçirilən yüksək səviyyəli Rusiya-İran danışıqları zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsi kontekstində regional və ikitərəfli gündəliyin bir sıra aktual məsələləri müzakirə edilib. 

Ağarza Elçinoğlu