Fevralın 6-da Hatayda baş verən zəlzələdə həyat yoldaşı və 3 uşağını itirən Şerif Ölməz vəfat edib. 

"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki,  61 yaşlı  Şerif Ölməz Hatayda ailəsinin yanında dəfn olunub. 

Qeyd edək ki, Şerif Ölməz təbii fəlakətdən sonra KİV-ə açıqlamasında ailəsinin dağıntılar altından sağ çıxacağını bildirmişdi. O, uşaqlarına peçenye saxladığını bildirərək, onların yolunu gözləyirdi.