Qəbələdə iki avtomobil toqquşub.

"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə Qəbələ səhərində qeydə alınıb. “Mercedes” və “Toyota” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində avtomobillərin sürücüləri - Qəbələ rayonu Bum qəsəbə sakini, 1987-ci il təvəllüdlü Maksudov Rüstəm Cəlal oğlu və 1976-cı il təvəllüdlü Osmanov Vüqar Seymur oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.