Almatıda sərnişin avtobusu dayanacaqda dayanan insanların üzərinə sürülüb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 3 nəfər ölüb, 4 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. 

Məlum olub ki, hadisə sərnişinlərdən birinin avtobusun qadın sürücüsünü vurması və onun huşunu itirməsi nəticəsində baş verib.

Sürücünü vuran şəxs saxlanılıb.