“New-York Times”ın fotoqrafı Ayvor Prikett 3 il sonra Bərdə terroru ilə bağlı paylaşım edib.

"Unikal" xəbər verir ki, ermənilərin raket hücumu zamanı lentə aldığı görüntüləri paylaşan Ayvor yazıb: 

"Əslində, həmkarım Karlotta Qall, mənə və komandamıza Bərdədə olan hücumdan sağ-salamat çıxmaq nəsib oldu. Demək olar ki, kaset bombası hücumunun ortasına düşəcəkdik. Buradakı 2-ci slayd cəsur tərcüməçim Rövlan tərəfindən partlayışlarla əhatə olunmuş divarın arxasında gizləndiyimiz zaman çəkdiyimiz videodan qısa bir hissədir. Yəqin ki, bu, mənim indiyə qədər yaşadığım ən qorxulu anlardan biri idi, çünki bizim faktiki olaraq mühafizəmiz yox idi. Mən dindar deyiləm, amma o gün naməlum bir tanrıya dua etdiyimi çox aydın xatırlayıram. Bombaların dolu yağışından birtəhər sağ çıxdıq və dərhal nəticələri sənədləşdirməyə başladıq. Bu, bir neçə həftə sonra sona çatan 2020-ci il müharibəsi zamanı mülki əhalinin ən ölümcül itkisi idi".