Dekabrın 23-də Xəzər dənizində zəlzələ baş verib.
Bu barədə "Unikal"a AMEA nəzdində RSXM-nin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Belə ki, yerli vaxtla saat 02:11-də qeydə alınan zəlzələnin maqnitudası 3-ə bərabər olub.
Zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib.