Türkiyə ordusu İraqın şimalında 5 PKK terrorçusunu zərəsizləşdirib.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, “Fırat qalxanı” bölgəsinə hücum etməyə hazırlaşan 5 terrorçu türk komandoları tərəfindən məhv edilib.
Xatırladaq ki, nazirlik dekabrın 22-də İraqın şimalında terror təşkilatının hücumu nəticəsində 6 türk əsgərinin şəhid olduğunu açıqlamışdı.