Pilotsuz uçuş aparatlarının (PUA) gündən-günə reytinqi güclənir. Buna görə də bir çox ölkə bu tip silahların istehsalına diqqət yetirməyə başlayıb.

"Unikal" xəbər verir ki, “Gravity” nəşri ən çox pilotsuz uçuş aparatına sahib olan ölkələri açıqlayıb. 

Belə ki, bu sahəyə ciddi sərmayələr qoyan Türkiyə 3-cü yerdə qərarlaşıb. Məlumatda qeyd olunur ki, Türkiyənin müdafiə sənayesi təşkilatları olan TUSAŞ, Baykar, HAVELSAN, STM tərəfindən hazırlanan və xaricdən alınan PUA-lar da daxil olmaqla cəmi 978 pilotsuz uçuş aparatı inventarda, xidmətə hazır vəziyyətdə gözləyir.

Bəs digər ölkələrdə vəziyyət necədir? 

Siyahını təqdim edirik:
1) ABŞ: 11520 ədəd.
2) ÇİN: 3500 ədəd.
3) Türkiyə: 978 ədəd.
4) İsrail: 710 ədəd.
5) İran: 600 ədəd.
6) Böyük Britaniyaya: 520 ədəd.
7) Hindistan: 468 ədəd.
8) Ukrayna: 420 ədəd.
9) Rusiya: 377 ədəd.

10) Fransa: 208 ədəd.