Gürcüstanın Prezidenti Salome Zurabişvili Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

"Unikal" xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir və ən səmimi arzularımı çatdırıram. Sizə möhkəm cansağlığı və ölkənizə xidmətinizdə uğurlar diləyirəm.

Gürcüstan ilə Azərbaycan Respublikası arasında mehriban qonşuluq və tərəfdaşlıq münasibətləri onilliklər ərzində inkişaf edir. Ölkələrimiz arasında dostluğun və əməkdaşlığın möhkəmlənməsində Sizin şəxsi töhfəniz xüsusi əhəmiyyət kəsb edir.

Zati-aliləri, bir daha dərin ehtiramımı bildirir, bu fürsətdən istifadə edərək Sizi və dost Azərbaycan xalqını Yeni il münasibətilə təbrik edir, sülh, cansağlığı və firavanlıq arzulayıram".