Rəsmi İrəvan Bakıdan Sülh Müqaviləsi layihəsi ilə bağlı yeni təkliflər aldığını təsdiqləyir.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.
Qeyd edək ki, dünən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Sülh Müqaviləsi ilə bağlı yeni tövsiyələr toplusunun Ermənistana ötürüldüyünü deyib.
Ağarza Elçinoğlu