Gələn il Ermənistan Avrasiya İqtisadi Birliyinə sədrlik edəcək, lakin İrəvanda sammit olmayacaq.

"Unikal" xəbər verir ki, bunu Avrasiya İqtisadi Birliyi zamanı Rusiya Prezidenti Vladimir Putin deyib.

"Yanvarın 1-dən Rusiya Avrasiya İqtisadi İttifaqında sədrlik funksiyalarını Ermənistana verir. Mən erməni həmkarlarımıza və dostlarımıza uğurlar arzulayıram. Təbii ki, biz onlara lazım olan bütün yardımları göstərəcəyik. Artıq qeyd etdiyimiz kimi, gələn il Avrasiya İqtisadi İttifaqında fundamental müqavilənin bağlanmasından 10 il ötür. Və biz indi dar çərçivədə razılaşdıq, nəzərə alsaq ki, bu yubiley tədbiridir, hamı mənim təklifimlə - 2024-cü ilin mayında Moskvada bu yubileyə həsr olunmuş sammitin keçirilməsi ilə razılaşdı".