"Rusiya və Belarusun NATO ilə yeni münaqişəyə vaxtı yoxdur".

"Unikal" xəbər verir ki, o, Avropa diplomatiyasının rəhbəri Xosep Borrelin Rusiya ilə “uzunmüddətli münaqişəyə” hazırlaşmağa çağıran bəyanatını belə şərh edib.

"Bu cəfəngiyyatdır! Bu pis adamdır, sadəcə, bilirsən, axmaqdır! Onun siyasətlə heç bir əlaqəsi yoxdur! Ağıllı olsaydı, iş adamı kimi belə düşünərdi. Allah Rusiya və məndən uzaq eləsin. Bu problemləri həll edə bilirik, bəs biz nəyik, "Biz bu problemlərə yenilərini əlavə edəcəyikmi? Hər kəs belə düşünər" deyə Lukaşenko bildirib.

Belarus lideri qeyd edib ki, nə ruslar, nə də belaruslar döyüşmək istəmir.