Tovuzda 2  nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası qeydə alınıb.

"Unikal" xəbər verir ki, hadisə rayonun Xatınlı kəndində baş verib.

"Azərişığ"a məxsus "Zil" markalı avtomobil yolun kənarında dayanaraq ötən gün küləyin elektirik enerjisinə vurduğu ziyanı aradan qaldırırmış. Bu zaman yolla hərəkətdə olan "VAZ 21 011" markalı minik maşını "Zil"ə çırpılıb.

Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov