"Ermənistan Respublikası separatçıları açıq şəkildə dövlət büdcəsindən maliyyələşdirirdi".
"Unikal" xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov AzTV-də yayımlanan "Əsas məsələ" verilişində deyib.
"Separatçılarda illüziya yaranmışdı ki, onların ordusu, hərbi gücü var və onlar istədiklərini Azərbaycan dövlətinə diqtə edə biləcəklər. Bu çox səhv və təhlükəli istiqamət idi. Xarici vasitəçilərin, Ermənistan nüamyəndə heyətinin iştirakı ilə görüşlərdə açıq şəkildə deyirdik ki, Ermənistan həmin qanunsuz birləşmələri öz dövlət büdcəsindən maliyyələşdirir və hətta bunu inkar edə bilmirdilər. Xarici tərəfdaşlar bu arqumentlərin hamısını qəbul edirdilər, ancaq əfsuslar olsun ki, Ermənistana nəinki ciddi təzyiq göstərirdilər, heç Ermənistana hansısa bir çağırışların edilməsinin faktiki olaraq şahidi olmadıq", - deyə XİN rəhbəri bildirib.