Xarici işlər naziri Ceyhun Bayramov 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi tapşırığından danışıb.
"Unikal" xəbər verir ki, AzTV-nin "Əsas məsələ" verilişində danışan nazir deyib:
"Bizə qarşı ittihamlara Azərbaycanın sərgilədiyi mövqe ardıcıl, məntiqli, hüquqa, ədalətə əsaslanan və davamlı bir xətt üzrə idi. Cənab Prezidentin tapşırığı ondan ibarət idi ki, bu müddət ərzində bizə qarşı olan istənilən iddia, istənilən hücum heç biri cavabsız qalmamalıdır".