Xarici işlər naziri Ceyhun Bayramov Prezident İlham Əliyevin Azərbaycana qarşı ikili standartlar sərgiləyən xarici diplomatı necə susdurmasından danışıb.
"Unikal" xəbər verir ki, XİN rəhbəri AzTV-də yayımlanan "Əsas məsələ" verilişində açıqlamasında deyib:
"Danışıq ingilis dilində idi. Amma cənab Prezidentin dediyini Azərbaycan dilinə tərcümə etsək, bu ifadə "Siz etdiyiniz ikili standartların dərsliyidir" idi. Mənə çox maraqlı idi ki, bu məqamda reaksiya, izahat necə olacaq. Qısa zamanda gördüm ki, sükut... Heç bir kontur-arqument gətirilmədi".