Dekabrın 26-da Sankt-Peterburqda MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilib.
"Unikal" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Rusiya Prezidenti Vladimir Putin görüşdə çıxış edib.
***19:55
Dekabrın 26-da Sankt-Peterburqda MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilir.
"Unikal" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
Rusiya Prezidenti Vladimir Putin görüşdə çıxış edib.
*** 14:21
Sankt-Peterburqda MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşü başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə keçirilən görüşdə Azərbaycan, Qırğızıstan, Ermənistan, Qazaxıstan, Özbəkistan, Tacikistan və Türkmənistan liderləri iştirak edir.
***10:03
Müstəqil Dövlətlər Birliyinin (MDB) liderləri bu gün Sankt-Peterburqda Yeni il qabağı qeyri-rəsmi sammit çərçivəsində görüşəcəklər.
"Unikal" xəbər verir ki, sammit uzun illərdir ki, dekabrın sonunda görüşən dövlət başçıları arasında ənənəvi ünsiyyət formatıdır.
2024-cü ildə MDB-yə sədrlik Qırğızıstandan Rusiyaya keçəcək.
MDB hazırda 11 ölkədən ibarətdir: Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukrayna.
Putinin sözlərinə görə, de-fakto Moldova və Ukrayna uzun müddətdir ki, assosiasiyanın fəaliyyətində iştirak etmir. Moldova yaxın müddətdə MDB-dən çıxmağı planlaşdırır.
Ağarza Elçinoğlu