Ukrayna Hərbi Hava Qüvvələrinin taktiki aviasiyası Teodosiya regionunda Rusiya Qara Dəniz Donanmasının “Novoçerkask” adlı gəmisinə qanadlı raketlərlə vurub. 

"Unikal" xəbər verir ki, bu barədə "Korrespondent" nəşri məlumat yayıb.

"Axşam və gecə vaxtı ukraynalı müdafiəçilər Rusiyanın 13 hücum pilotsuz təyyarəsini və “Novoçerkask” adlı böyük desant gəmisini məhv ediblər", - Ukrayna Hərbi Hava Qüvvələrinin mətbuat xidməti bildirib.

Krımın rəhbəri Sergey Aksenov hücum barədə məlumatı təsdiqləyib.

Ağarza Elçinoğlu