İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında münaqişənin sona çatması üçün üç şərt irəli sürüb. 

"Unikal" xəbər verir ki, bu barədə o, "The Wall Street Journal"ındakı məqaləsində yazıb.

Şərtlər HƏMAS-ın məhv edilməsi, anklavın demilitarizasiyası və deradikallaşdırılmasıdır: "HƏMAS məhv edilməli, Qəzza silahsızlaşdırılmalı və Fələstin cəmiyyəti deradikallaşdırılmalıdır. Bunlar Qəzza zolağında İsrail və Fələstin qonşuları arasında sülh üçün üç ilkin şərtdir".

Ağarza Elçinoğlu