İllərdir Somali ordusu ilə döyüşən “Əş-Şəbab” terror təşkilatı Türkiyənin Somali ordusuna hədiyyə etdiyi yüngül zirehli maşını ələ keçirdiklərini açıqlayıb. 

"Unikal" xəbər verir ki, “Əş-Şəbab”ın sosial media platformalarında paylaşılan fotolarda Ankaranın Somali ordusuna verdiyi yüngül zirehli maşın görünür.   

Son günlər Muduq bölgəsində Somali ordusu ilə “Əş-Şəbab”ın arasında toqquşmalar şiddətlənərkən, Somali səlahiyyətliləri 7 hərbçinin həyatını itirdiyini açıqlayıb. Somali Müdafiə Nazirliyi məsələ ilə bağlı açıqlama verməsə də, yerli mənbələr bölgədə qarşıdurmaların davam etdiyini bildirib.