Türkiyənin İstanbul şəhərində bir ailənin (aşiret) oğlu üçün təşkil etdiyi sünnət mərasimində uşağa verilən hədiyyələr gündəm yaradıb.
"Unikal" xəbər verir ki, 7 yaşlı uşağa 12 milyon 550 min TL ( 726 250 AZN) dörddəbir yarım qızıl və maşın hədiyyə edilib.
Mərasimə 6 min qonaq qatılıb. Sonda pulları hesablamaq üçün altı komanda yaradılıb.