Türkiyənin daxili işlər naziri Ali Yerlikaya İstanbul Polis İdarəsinin mütəşəkkil cinayət təşkilatlarına qarşı keçirdiyi əməliyyatlar zamanı ələ keçirilən 23 avtomobilin məhkəmə qərarı ilə polisə verildiyini açıqlayıb.
"Unikal" xəbər verir ki, o, bu barədə "X" platformasında paylaşım edib.
"İstanbul polisinin mütəşəkkil cinayətkar qruplara qarşı həyata keçirdiyi uğurlu əməliyyat tədbirləri nəticəsində 23 avtomobil müsadirə edilib. Məhkəmənin qərarı ilə həmin avtomobillər polisə təhvil verilib. Bundan sonra onlar bizim hüquq-mühafizə orqanlarının sərəncamındadır", - nazir yazıb.
Yenilənmiş avtomobil parkının əksəriyyətini "Mercedes-Benz" şirkətinin orta və yüksək qiymət kateqoriyalı modelləri təşkil edir. Həmçinin, patrul əməkdaşlarının ixtiyarına bir neçə "Porsche", "Ferrari" və "Bentley" avtomobilləri verilib.
Gülayə Mecid
Göreve geldiğimiz ilk günden itibaren bizden hep şu sözü duydunuz: Türkiye’nin Huzuru…
— Ali Yerlikaya (@AliYerlikaya) December 26, 2023
İstanbul Emniyet Müdürlüğümüzün organize suç örgütlerine karşı gerçekleştirdiği başarılı operasyonlar sonucu 23 araç ele geçirilmişti.
Mahkeme kararınca da bu araçlar emniyetimize verildi.… pic.twitter.com/mzBtgp5EgU