Rusiya və Gürcüstan sərhədindəki yeganə quru keçid məntəqəsi olan Yuxarı Lars üçüncü gündür ki, bütün nəqliyyat vasitələri üçün bağlanıb. 

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb. 

Məlumata görə, keçid məntəqəsinin bağlanmasına qar yağması səbəb olub. Keçidin bərpasının dəqiq vaxtı hələlik məlum deyil. Hazırda mindən çox avtomobil sərhəddə getmək üçün növbə gözləyir.

Ağarza Elçinoğlu